Bakıda 5 top ilə qrup hərəkətlərində dünya çempionatının finalçıları müəyyənləşib


Digərləri 21 Sen 2019 20:10:14 201 0

Bakıda 5 top ilə qrup hərəkətlərində dünya çempionatının finalçıları müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında 5 top ilə qrup hərəkətlərində bədii gimnastika üzrə 37-ci dünya çempionatının final komandaları müəyyənləşib

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında 5 top ilə qrup hərəkətlərində bədii gimnastika üzrə 37-ci dünya çempionatının final komandaları müəyyənləşib. Finala Rusiya (30.000 xal), Bolqarıstan (29.200 xal), Yaponiya (29.200 xal), Belarus (28.400 xal), Ukrayna (28.250 xal), İtaliya (27.800 xal), İsrail (27.450 xal) və Çin (27.150 xal) komandaları çıxıb. 5 top ilə qrup hərəkətlərində Azərbaycan komandası 26.400 xalla finala çıxmayıb. Gimnastlarımız 9-cu yeri tutub. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.