İmam Hüseyn səhabələrini fərqləndirən 6 xüsusiyyət


Digərləri 21 Sen 2019 20:10:00 209 0

İmam Hüseyn səhabələrini fərqləndirən 6 xüsusiyyət

İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.

1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir - çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: "Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam".

2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər.

3. Qeyb həqiqətlərini bilirdilər. Hədislərin buyurduğuna söykənərək, İmamın (ə) səhabələri behiştdəki yerlərini görür və ona meyil göstərirdilər. Muhəmməd ibni Umərə nəql edir ki, İmam Sadiqə (ə) belə bir sual verdim: "İmam Hüseynin (ə) dostları ölümü necə qarşılayırdılar?". İmam (ə) buyurdu: "Onların qarşısında olan pərdə aradan qalxmışdı və onlar behiştdəki yerlərini görürdülər".

4. Həzrət Peyğəmbərlə (s) birlikdə şəhid olanlar kimi idilər. İmam Baqir (ə) nəql edir ki, İmam Hüseyn (ə) şəhid olan dostlarını bir-birinin yanında qərar verərək buyururdu: "Bizim öldürülmüşlər, Peyğəmbərin (s) ölüdürülmüşləri (kimidirlər)".

(adsgarden = window.adsgarden || []).push({});