Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib


Digərləri 21 Sen 2019 18:00:00 211 0

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib

Haqlı uduş sayılan bütün uduşlar mütləq ödənilməlidir və ödəniləcək.

Bakı. "Topaz" istifadəçilərinin əlindəki biletler Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığından istənilən bilet üzrə uduş təminatı şirkətin fərdi iradəsindən asılı deyil. Bu səbəbdən mərc oyunları qaydalarına əsasən, haqlı uduş sayılan bütün uduşlar mütləq ödənilməlidir və ödəniləcək. Yaranan texniki problemlərə görə biletlərin avtomatik dəyərləndirilməsi dayandırılıb, lakin "Topaz" əməkdaşları həftəsonu olmasına baxmayaraq fövqəladə rejimdə işləyir və hər bir bileti fərdi qaydada dəyərləndirərək uduşun haqlı şəkildə olduğu halda verilməsinə təminat verir. Şirkət oyunçulara bütün uduşların ödəniləcəyindən əmin olmalarını bildirir. "Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.