Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı


Digərləri 21 Sen 2019 17:18:00 233 0

Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı

Səhər saatlarından paytaxtda hökm sürən küləkli hava şəraiti bəzi fəsadlara səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, külək metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən Mərkəzi Elmi Kitabxananın şüşəsini sındırıb.

Sınan şüşə yerə düşərək parçalanıb. Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb.