Nikahdankənar cinsi əlaqəyə görə həbs…


Digərləri 21 Sen 2019 16:24:00 208 0

Nikahdankənar cinsi əlaqəyə görə həbs…

İndoneziya parlamenti cütlüyün evlənmədən birgə yaşamasını, nikahdankənar cinsi əlaqəni, prezidenti təhqiri qadağan edən və abort qərarını həkimlərə verən yeni qanun layihəsini təsdiq etməyə hazırlaşır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Hollandiya müstəmləkəsi dönəmindən qalma qanun layihəsi 20 ildir parlamentin müzakirəsində idi.

Yekun forması müəyyən olunan və cəmiyyətdə etiraz yaradan 628 maddəlik qanun layihəsinin bu ayın sonundan əvvəl təsdiq edilməsi gözlənilir.

İndoneziyadakı insan haqları təşkilatları layihənin qadınların, dini azlıqların və LGBT icması üzvlərinin hüquqlarını pozduğunu bildirib.

Beynəlxalq İnsan Haqlarını Müşahidə Təşkilatının (Human Rights Watch) yetkilisi Andreas Harson bunu bütün indoneziyalılar üçün "fəlakət" adlandırıb.

(adsgarden = window.adsgarden || []).push({});