"İmelda" fırtınasının qurbanlarının sayı artır


Dünya 21 Sen 2019 14:49:00 207 0

"İmelda" fırtınasının qurbanlarının sayı artır

Dörd nəfər ABŞ-ın Texas ştatında güclü sel yağışlarına səbəb olan İmelda fırtınasının qurbanı olublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölənlərdən iki nəfərin cəsədi öz maşınlarında tapılıb. Bölgədən ən azı 1.7 min insan təxliyə edilib.

Qeyd edək ki, Texas ştatının icra başçisı 13 vilayətdə fövqəladə vəziyyət elan edib. Hyuston hava limanları əlverişsiz hava şəraiti ilə əlaqədar 900-dən çox uçuşu təxirə salıb.