Analitik: "AzəriÇıraqGünəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır


Digərləri 21 Sen 2019 13:49:00 206 0

Analitik: "AzəriÇıraqGünəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır və bunun üçün milyardlarla dollar investisiya qoyulacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə "Wood Mackenzie" konsaltinq şirkətinin Xəzər və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.

O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi keçmişə nəzər salmaq və gələcəyə baxmaq üçün bir səbəbdir:

"Məxsus olduğu ölkənin iqtisadi yolunun formalaşmasında aparıcı rol oynayan çox az neft yataqları var. 25 il neft biznesində uzun müddətdir, amma bu "Azəri-Çıraq-Günəşli" ilə bağlı heç yolun yarısı da deyil".

E.Şerman bildirib ki, hazırda həmin yataqdan hasilat təxminən 550 min barel/sutka təşkil edir:

"Nəzərə almaq lazımdır ki, müqavlənin başa çatacağı 2049-cu ilədək, 30 il ərzində hələ milyardlarla barel neft hasil olunacaq və milyardlarla dollar investisiya qoyulacaq. Bu günədək 3,5 milyard barel hasil olunub və 36 milyard dollar investisiya qoyulub".