Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir (FOTO)


Digərləri 21 Sen 2019 13:46:58 62 0

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir (FOTO)

Əli Əhmədov İsmayıllı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov İsmayıllı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub. Trend-in məlumatına görə, daha sonra Ə.Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi veteranları ilə görüşüb. Baş nazirin müavini Qarabağ müharibəsi veteranlarının qayğıları ilə maraqlanıb və xatirə şəkili çəkdirib. Daha sonra Ə.Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, MM-in komitə sədri Eldar İbrahimov, deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ə.Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. İcra katibi deyib ki, gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb: “Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər”. Ə.Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindiricidir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər”. Bu gün Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq hissi yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır”. Ölkəmizdə gənclərin inkişafı, təhsili, məşğulluğu, eləcə də idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən YAP Sədrinin müavini bildirib ki, gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar. Gənclərlə görüşdə MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də gənclərin nümayəndələri çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin uğurlarından bəhs ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Xatirə İslam verilişə dar geyimdə gəldi like
  • 21 Sen 13:44  
Şou-biznes Xatirə İslam verilişə dar geyimdə gəldi

Müğənni Xatirə İslam yenidən geyimi ilə diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Yağış yağacaq, şimşək çaxacaq  HAVA PROQNOZU like
  • 21 Sen 13:40  
Digərləri Yağış yağacaq, şimşək çaxacaq HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
İranda ağır qəza: like
  • 21 Sen 13:39  
Dünya İranda ağır qəza:

"İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan

arrow Ətraflı
Prezident İlham Əliyev Musa Şəkiliyevi təltif etdi like
  • 21 Sen 13:37  
Siyasət Prezident İlham Əliyev Musa Şəkiliyevi təltif etdi

Prezident İlham Əliyev M.Ş.Şəkiliyevin 2-ci dərəcəli "Vətənə xid

arrow Ətraflı
Hülya keçmiş əri ilə boks etdi like
  • 21 Sen 13:34  
Digərləri Hülya keçmiş əri ilə boks etdi

Müğənni-aktrisa Hülya Avşar sosial şəbəkədə marağa səbəb olan payla

arrow Ətraflı
SOCAR: 500-dən çox neftçi təxliyə edilib like
  • 21 Sen 13:32  
Digərləri SOCAR: 500-dən çox neftçi təxliyə edilib

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik t

arrow Ətraflı
Nazirlik gözlənilən hava şəraiti barədə məlumat yaydı like
  • 21 Sen 13:30  
Digərləri Nazirlik gözlənilən hava şəraiti barədə məlumat yaydı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Azərbaycanda tullantılar çeşidlənəcək like
  • 21 Sen 13:29  
Digərləri Azərbaycanda tullantılar çeşidlənəcək

"Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin

arrow Ətraflı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” like
  • 21 Sen 13:24  
Şou-biznes “Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”

"Nə bankda, nə də bankada pulum yoxdur. Gözütox duruş ailədən gəli

arrow Ətraflı
Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı (FOTO) like
  • 21 Sen 13:21  
Digərləri Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı (FOTO)

Səhər saatlarından paytaxtda hökm sürən küləkli hava şəraiti bəzi fə

arrow Ətraflı
Azərbaycanda tullantılar çeşidlənəcək like
  • 21 Sen 13:16  
Digərləri Azərbaycanda tullantılar çeşidlənəcək

Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətb

arrow Ətraflı
Tullantıların idarəolunmasına özəl sektoru cəlb etmək üçün təkliflər hazırlanıb like
  • 21 Sen 13:14  
Digərləri Tullantıların idarəolunmasına özəl sektoru cəlb etmək üçün təkliflər hazırlanıb

2Ekologiya və Təbii Sərvətlər Nazirliyi özəl sektoru tullantıların idar

arrow Ətraflı
Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ like
  • 21 Sen 13:11  
Digərləri Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasına aid X

arrow Ətraflı
39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib like
  • 21 Sen 13:10  
Digərləri 39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib

Bu gündən 39 nömrəli müntəzəm marşrut üzrə sərnişinlərə müasir İ

arrow Ətraflı