Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır


Digərləri 21 Sen 2019 13:00:54 237 0

Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır və bunun üçün milyardlarla dollar investisiya qoyulacaq.

Bakı. Ləman Zeynalova - Trend "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır və bunun üçün milyardlarla dollar investisiya qoyulacaq. Bunu Trend-ə "Wood Mackenzie" konsaltinq şirkətinin Xəzər və Avropa üzrə baş analitiki Eşli Şerman deyib. O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi keçmişə nəzər salmaq və gələcəyə baxmaq üçün bir səbəbdir: "Məxsus olduğu ölkənin iqtisadi yolunun formalaşmasında aparıcı rol oynayan çox az neft yataqları var. 25 il neft biznesində uzun müddətdir, amma bu "Azəri-Çıraq-Günəşli" ilə bağlı heç yolun yarısı da deyil". E.Şerman bildirib ki, hazırda həmin yataqdan hasilat təxminən 550 min barel/sutka təşkil edir: