Üç güləşçimiz dünya çempionatının 1/4 finalında (FOTO)


Digərləri 21 Sen 2019 12:48:45 232 0

Üç güləşçimiz dünya çempionatının 1/4 finalında (FOTO)

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Trend-in məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub. Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Güləşçilərimizin yarış cədvəli belədir: