Erməni tərəfi Qazax istiqamətində təxribat törədib (FOTO)


Digərləri 21 Sen 2019 11:18:00 266 0

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib (FOTO)

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Bakı. Samir Əli - Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir. DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, sentyabr 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub. Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.