Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib


Digərləri 21 Sen 2019 10:26:00 214 0

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri iştirakçı ölkələrin rifahına böyük fayda verib.

Daşkənd. Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri iştirakçı ölkələrin rifahına böyük fayda verib. Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrinin energetika nazirlərinin birinci dialoqu zamanı deyib. Nazir qeyd edib ki, sərhəd qaz dəhlizləri hesabına Türkiyənin qonşu ölklərlə münasibətləri daha da yaxşılaşıb. F.Dönməz vurğulayıb: "Bizim regional təşəbüslərimiz arasında mühüm olanlardan biri Bakı-Tbilisi-Ceyhandır ki, bu gün üçün bu layihə çərçivəsində 3,2 milyard barel neft nəql olunub və bu neft kəməri artıq 10 ildir ki işləyir". Türkiyəli nazir daha sonra deyib: "Həm Transanadolu qaz kəməri, həm də Bakı-Tbilisi-Ceyhan iştirakçı ölkələrin rifahına, eləcə də regionda tərəfdaşlıq, sülh və sabitliyə böyük töhfə verib". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin