Bu ölkədə də avtobus qəzası:


Dünya 21 Sen 2019 10:04:00 211 0

Bu ölkədə də avtobus qəzası:

Qvatemalanın mərkəzindəki bir yolda onlarla sərnişinin olduğu bir avtobus yük maşınına çırpılıb. Ən azı üç nəfər yol qəzanın qurbanı olublar, 30-dan çox insan yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında yük maşınının sürücüsü də olub. Yaralı sərnişinlər xəstəxanalara aparılıb, vəziyyətləri barədə məlumat açıqlanmır. Hökümət, avtomobil qəzasının səbəbləri ilə əlaqədar istintaq başladıb.