Qvatemalada avtobus və yük maşınının toqquşması nəticəsində üç nəfər ölüb


Digərləri 21 Sen 2019 07:22:22 190 0

Qvatemalada avtobus və yük maşınının toqquşması nəticəsində üç nəfər ölüb

Qvatemalanın mərkəzindəki bir yolda onlarla sərnişinin olduğu bir avtobus yük maşınına çırpılıb

Bakı. Qvatemalanın mərkəzindəki bir yolda onlarla sərnişinin olduğu bir avtobus yük maşınına çırpılıb. Ən azı üç nəfər yol qəzanın qurbanı olublar, 30-dan çox insan yaralanıb. Trend-in məlumatına görə, ölənlər arasında yük maşınının sürücüsü də olub. Yaralı sərnişinlər xəstəxanalara aparılıb, vəziyyətləri barədə məlumat açıqlanmır. Hökümət, avtomobil qəzasının səbəbləri ilə əlaqədar istintaq başladıb.