Bakıda yarışlar hər zaman ən yüksək səviyyədədir - Asiya Gimnastika İttifaqı Texniki Komitəsinin prezidenti


Digərləri 21 Sen 2019 05:23:12 184 0

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədədir - Asiya Gimnastika İttifaqı Texniki Komitəsinin prezidenti

Bakıda bədii gimnastika üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Bakı. Bakıda bədii gimnastika üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Trend-in məlumatına görə, bu sözləri Özbəkistan Gimnastika Federasiyasının baş katibi Güzal Filippova deyib. Biz sizin şəhərinizi çox sevirik, və bu bizim Bakıya ilk səfərimiz deyil. Bakıya gələndə çox böyük məmnuniyətlə gəlirik. Ölkələrimizin gimnastika federasiyaları dostluq əlaqələri qurublar. Bakıdakı Milli Gimnastika Arenasına gəlincə, bu gün gimnastika üçün burada hər bir şərait var, nəinki Bədii gimnastika eləcədə idman, tamblinq, aerobika, akrobatika növlərini burada təcrübədən keçirmək münkündür. Yarışların keçirilməsi hər zaman ən yüksək səviyyədədir, nümayəndə heyətlərinin görüşündən başlayaraq və yola salınması daxil olmaqla, Güzal Filippova bildirib. Filippova Dünya Kubokunun açılış mərasiminin yaddaqalan olduğunu da qeyd edib. Bundan başqa Filippova bunları söyləyib: "Sizə əhsən olsun ki, Siz açılış mərasimi gözəl və yaddaqalan olması üçün düzgün yanaşma ilə gəlmisiniz. Filippova Azərbaycan gimnastlarının çıxışlarından danışarkən idmançilarımızın müəyyən bir üsluba sahib olduqlarını vurğulayıb. Sizin gimnastlarınızın xüsüsi üslubu var. Gimnastınız çıxış edərkən onun üslubunda məşqçinin əl yazısı dərhal görünür. İnanıram ki, bu bədii gimnastikanın ən vacib amillərdən biridir, Fillipova qeyd edib. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.