“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb


Digərləri 21 Sen 2019 01:49:00 47 0

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

Bakı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz vardır. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 87-ci kitabında yer alan bu fikirlər 2018-ci il mayın 24-də Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılış mərasimində dövlətimizin başçısının çıxışından götürülüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin may-iyun aylarını əhatə edir. Kitabda Prezident İlham Əliyevin Əskişəhərdə TANAP-Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə iştirakına, Rusiyaya işgüzar səfəri, habelə Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar toplanıb. Nəşrdə Azərbaycan Prezidentinin Niderland, Fransa, Böyük Britaniya, ABŞ, İran və digər dövlətlərin, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər nüfuzlu qurumların ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi haqqında materiallar da yer alıb. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb. Çoxcildliyin 87-ci kitabına dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş qəbulda, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda, Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində və digər mühüm tədbirlərdə nitq və çıxışlarının mətnləri toplanıb. Oxucu bu nəşrdə Azərbaycan Prezidentinin “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” tarixi sənədli sərginin, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq konfransının iştirakçılarına məktubları və digər rəsmi sənədlər ilə tanış ola bilər. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına, Goranboy rayonuna, Naftalan şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar da bu kitaba daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 87-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Günün qoroskopu: Şəxsi münasibətlərdə vəziyyət pis deyil like
  • 21 Sen 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi münasibətlərdə vəziyyət pis deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İllərin qocalda bilmədiyi əfsanəvi sənətçi like
  • 20 Sen 23:39  
Digərləri İllərin qocalda bilmədiyi əfsanəvi sənətçi

Selami Şahin: "İnsanların qəlbinə toxunmaq çox önəmlidir"

arrow Ətraflı
Qış üçün bu salatı edin  Usta öz sirlərini açır like
  • 20 Sen 23:30  
Digərləri Qış üçün bu salatı edin Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən maraqlı resepti təqdim edir:

arrow Ətraflı
33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub like
  • 20 Sen 23:20  
Kriminal 33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub

Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.

arrow Ətraflı
Yeni mövsümdə liderliyini əldən verdi like
  • 20 Sen 23:15  
Digərləri Yeni mövsümdə liderliyini əldən verdi

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" seria

arrow Ətraflı
Arvadını döyüb balkondan atdı, sonra da yatdı... like
  • 20 Sen 23:00  
Kriminal Arvadını döyüb balkondan atdı, sonra da yatdı...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam

arrow Ətraflı
Arvadını döyüb balkondan atdı, sonra da yatdı... like
  • 20 Sen 22:55  
Digərləri Arvadını döyüb balkondan atdı, sonra da yatdı...

Xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Ramiz Taxvelinin c

arrow Ətraflı
Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin like
  • 20 Sen 22:55  
Digərləri Uşağınızda qəbizlik varsa mütləq həkimə müraciət edin

Həkimlər bildirir ki, vaxtında uşaqlarda olan qəbizlik mualicə edilmərsə

arrow Ətraflı