DGK Bakıda “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan şirniyyatın satılması ilə bağlı məlumatlara aydınlıq gətirib


Digərləri 21 Sen 2019 01:05:37 180 0

DGK Bakıda “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan şirniyyatın satılması ilə bağlı məlumatlara aydınlıq gətirib

Bakının bəzi mağazalarında “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlar

Bakı. Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakının bəzi mağazalarında “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlar yayılıb. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda deyilir. Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz. Adıçəkilən məhsula gəlincə isə, “Orion” ticari nişanlı “Choco Pie” adlı qənnadı məmulatları ölkə ərazisində fəaliyyət göstərən müxtəlif idxalçıların ünvanına Rusiya Federasiyasının “Orion İnternational Evro” şirkəti tərəfindən idxal olunub.