Bakıda bədii gimnastika üzrə dünya çempionatında təbəssüm, sevinc, heyranlıq (FOTO)


Digərləri 20 Sen 2019 20:51:00 153 0

Bakıda bədii gimnastika üzrə dünya çempionatında təbəssüm, sevinc, heyranlıq (FOTO)

Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi çoxnövçülük üzrə final keçirilir.

Bakı. Cani Babayeva - Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi çoxnövçülük üzrə final keçirilir. Trend-in məlumatına görə, finalçıların çıxışlarını dünyanın müxtəlif yerlərindən olan bədii gimnastika azarkeşləri izləyir. Gimnastların cəlbedici çıxışları ilə yanaşı, dünya çempionatının maskotu - qurbağa Qur-Qur da auditoriyada müsbət emosiyalar yaradır. Qur-Qurun salonda görünməsi tamaşaçıların və idmançıların gülüşünə və sevincinə səbəb olur. Qur-Qur obrazını iki peşəkar aktyor - Skott Hesinqton (Scott Hesington) və Berri Anderson (Barry Anderson) canlandırır.