"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur


Digərləri 20 Sen 2019 20:00:00 262 0

"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur

Norveçin "Equinor" şirkəti Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcək.

Son.az bildirir ki, bunu Trend-ə şirkətin Azərbaycandakı meneceri Favad Kurayşi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətilə deyib.

O bildirib ki, "Equinor" bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur:

"1994-cü ildən bu günədək davam edən kollektiv nailiyyətimiz qeyri-adidir, biz SOCAR və digər tərəfdaşlarımızla birgə Azərbaycana möhkəm sadiqliyimizi göstərmişik".

F.Kurayşi qeyd edib ki, müqavilənin 2007-ci ildə daha 25 il müddətə uzadılması və bu il "Mərkəzi-Şərqi Azəri" layihəsinin təsdiq olunması Azərbaycanın etimadını və "Azəri-Çıraq-Günəşli"nin "Equinor" və tərəfdaşlar üçün dəyərini göstərir: