Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib (FOTO)


Digərləri 20 Sen 2019 19:30:00 231 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib (FOTO)

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb.

Bakı. Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib. Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir. Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk”. Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan “Bir günəş altında” filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.