Səfir: Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar (FOTO)


Digərləri 20 Sen 2019 18:10:00 243 0

Səfir: Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar (FOTO)

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Bakı. Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrin səviyyəsi mövcud potensialı və imkanları əks etdirmir, ona görə də Azərbaycan ilə Hindistan sahibkarları daha sıx əməkdaşlıq etməlidirlər. Azərbaycan Sahibkarlar Konfederasiyasından Trend-ə verilən məlumata görə, Konfederasiya prezidenti Məmməd Musayevin Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşündə səsləndirdiyi bu fikir ətrafında hər iki tərəfin irəli sürdüyü təkliflər müzakirə edilib. M.Musayev bu sahədə görüləcək işlərdə ASK-nın dəstək verməyə hazır olduğunu bildirib. ASK prezidentinin sözlərinə görə, Hindistan ölkəmizdən neft və neft məhsulları idxal edən ən böyük tərəfdaşlardan biridir, eyni zamanda bu dövlət əczaçılıq, informatika texnologiyaları, səhiyyə sahəsində uğurla inkişaf edir. Azərbaycandakı investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqında qonağa məlumat verən M.Musayev, Hindistan sahibkarlarını ölkəmizə investisiya yatırmağa dəvət etdi: “Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir və ölkəmizdə sənaye parkları yaradılıb. Hindistan tekstil, əczaçılıq sənayesi üzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”. M.Musayev Hindistana qarşıdakı səfəri ilə bağlı səfirə məlumat verərək, ASK rəhbəri kimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirdi.