Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO)


Digərləri 20 Sen 2019 17:55:00 41 0

Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO)

“Azərbaycanda spirtli içkilərin istehlakı: indi və gələcəkdə” mövzusunda dəyirmi masa keçirilib

Bakı. Bakıda, Azərbaycanda spirtli içkilər bazarındakı ümumi vəziyyət, xüsusən də, yerli istehlakçıların, habelə dünya istehlakçılarının maraqları və seçimlərinin müqayisəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Azərbaycanın Azad İstehlakçılar Birliyi tərəfindən təşkil edilmiş müzakirələrdə Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, iqtisadi ekspert Toğrul Vəliyev, Dayanıqlı İnkişaf Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev iştirak etdilər. Mütəxəssislər qeyd etdilər ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, pivə və arağın tərkibində bir qram təmiz spirt üçün aksiz vergisinin nisbəti 1:3 olmalıdır, Azərbaycanda isə bu nisbət 1:1.25 təşkil edir, bu da uzunmüddətli perspektivdə əhalinin alkoqolizasiyasına səbəb ola bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov giriş nitqində ölkənin istehlak bazarında satılan alkoqollu içkilərin keyfiyyəti məsələsinə toxunaraq, spirtli içkilərin əlçatanlığını, xüsusən, güclü və zəif alkoqollu içkilərə fərqli aksiz dərəcələrinin tətbiqi və yaşı 18-ə çatmayan şəxslərə satışı məhdudlaşdıran siyasətin tətbiqinin vacibliyini qeyd etdi. Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, öz növbəsində, vətəndaşlar arasında alkoqollu, hətta energetik içkilərin ziyanı barədə maarifləndirmə tədbirlərinin aparılmasının, alkoqol istehlakı mədəniyyətinin aşılanmasının, həmçinin uşaqlar arasında alkoqol istehlakının ziyanı haqqında davamlı təbliğatın aparılmasının vacibliyini bildirdi. İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, Azərbaycanda ən çox istehlak olunan spirtli içki pivədir. Belə ki, əgər 2018-ci ildə satılan alkoqollu məhsulların ümumi dəyəri 361 692,5 min manat təşkil edibsə, onun 165 514,7 min manatını (45.76%) pivənin satışı təşkil edib. Arağın satışı 146 704,9 min manat və ya bütün satışların 40.56%, şərabın isə 34 943,1 min manat və ya satışın 9.66%-ni təşkil edib. Ümumiyyətlə, 2018-ci ildə içki bazarının yalnız 1,95% -ni spirtli içkilərin satışı təşkil edib.
Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib like
  • 20 Sen 17:53  
Siyasət Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Malta Prezidenti Corc Vellaya təbrik məktubu göndər

arrow Ətraflı
Ekologiya nazirinin istefası tələb olunur like
  • 20 Sen 17:52  
Dünya Ekologiya nazirinin istefası tələb olunur

Ermənistanın kurort şəhəri olan Cermuxda yerli sakinlər etiraz aksiyaları

arrow Ətraflı
"Siz İnsansız, yoxsa...?"  Mələk bikinili FOTOsunu yaydı like
  • 20 Sen 17:49  
Şou-biznes "Siz İnsansız, yoxsa...?" Mələk bikinili FOTOsunu yaydı

Aparıcı Mələk Heydərova sosial şəbəkə paylaşımı ilə gündəmə g

arrow Ətraflı
"İmelda" ABŞda 2 nəfəri öldürdü like
  • 20 Sen 17:47  
Dünya "İmelda" ABŞda 2 nəfəri öldürdü

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası

arrow Ətraflı
Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib like
  • 20 Sen 17:47  
Digərləri Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Malta Prezidenti Corc Vellaya təbrik məktubu göndər

arrow Ətraflı
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi like
  • 20 Sen 17:45  
Siyasət Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

Prezident İlham Əliyev N.Q.Cəfərovun "Şöhrət" ordeni ilə təlt

arrow Ətraflı
Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib like
  • 20 Sen 17:44  
Siyasət Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi like
  • 20 Sen 17:41  
Digərləri Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

Prezident İlham Əliyev N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edi

arrow Ətraflı
Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib like
  • 20 Sen 17:40  
Digərləri Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanılıb like
  • 20 Sen 17:39  
Kriminal Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Sentyabrın 19-dan 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı like
  • 20 Sen 17:35  
Digərləri Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova 2020-ci il Yay Olimpiya Oyunlarına və

arrow Ətraflı
466 milyon illik sirr aşkara çıxdı like
  • 20 Sen 17:34  
Digərləri 466 milyon illik sirr aşkara çıxdı

Yer kürəsinin 466 milyon il əvvəl gözlənilməz bir şəkildə buz dövrün

arrow Ətraflı
Ləzzət al, sağlam ol (FOTO) like
  • 20 Sen 17:30  
Digərləri Ləzzət al, sağlam ol (FOTO)

Ulduz Şokolad Fabriki yeni tədris ilinin başlaması münasibəti ilə Bakı D

arrow Ətraflı