Daha bir ölkədə elektron siqaret qadağan olundu


Digərləri 20 Sen 2019 14:27:00 220 0

Daha bir ölkədə elektron siqaret qadağan olundu

Hindistan hökuməti elektron siqaretlərin istehsalı, idxalı və satışını qadağan edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi bu addımın elektron siqaretin uşaqlar və gənclər arasında yayılmaması məqsədilə atıldığını açıqlayıb.

Qanun prezident təsdiqlədikdən sonra qüvvəyə minəcək.

Qanunu pozanlara 1 ildən 3 ilə qədər həbs, həmçinin 1400 dollardan 7 min dollara qədər pul cəriməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Hindistan tütün istifadəsinə görə Çindən sonra ikinci yerdədir. Məlumata görə, Hindistandan hazırda 106 milyondan çox aktiv tütün istifadəçisi var.

(adsgarden = window.adsgarden || []).push({});