Çin Azərbaycanda şin zavodu tikəcək


Digərləri 20 Sen 2019 13:07:00 394 0

Çin Azərbaycanda şin zavodu tikəcək

2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır

Bakı. Mətanət Nəsibova - 2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək: “Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq”.