"İmelda" ABŞ-da 2 nəfəri öldürdü


Digərləri 20 Sen 2019 12:49:11 273 0

"İmelda" ABŞ-da 2 nəfəri öldürdü

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb.

Bakı. ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri aeroport yaxınlığında yağış sularına qərq olmuş yük maşının içində boğulub. Digər şəxsin isə yağış sularında batan atını xilas etmək istərkən boğulduğu deyilir. Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.