İqbal Ağazadə Fuad Qəhrəmanlını şiddətlə qınadı


Digərləri 20 Sen 2019 12:37:00 244 0

İqbal Ağazadə Fuad Qəhrəmanlını şiddətlə qınadı

Ümid Partiyasının sədri İqbal Ağazadə AXC sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddəti kəskin pisləyib.

Bakı. Samir Əli - Ümid Partiyasının sədri İqbal Ağazadə AXC sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddəti kəskin pisləyib. Trend-in məlumatına görə, partiya sədri bu məsələdə Fuad Qəhərmanlını sərt tənqid edib: "Sosial şəbəkədən oxuduğum məktub məni sarsıtdı. Həm tanınmış bir ailədə baş verənlər, həm də ailənin xanım üzvlərinin şiddətə məruz qalması acısından. Kim haqlıdır? Sosial şəbəkələrdə hamı bu suala cavab verməyə çalışır - kimi dünyagörüşünə, kimi siyasi mənsubiyyətinə, kimi də tərbiyəsinə uyğun. Qısaca fikirlərimi bildirəcəyəm. Kiməsə şiddət tətbiq edilibsə, bu cinayətdir. Söhbət uzun müddət davam edən, fiziki və psixoloji travma gətirən, nəhayətdə ictimailəşdirilməyə məcbur buraxılan şiddətdən gedir. Hər bir ailədə səs tonu yüksələ də bilir, hətta uşağı kimsə yüngülcə vura da bilir. Lakin valideyn sevgisinin böyüklüyü ona qarşı ediləni unutdurur, uşağa travma yaşatmır. Qadına şiddət isə dartışılacaq mövzu deyil, bu orta əsr təfəkküründən uzaqlaşa bilməməyin göstəricisidir. Şiddət artıq onu ictimailəşdirmək dərəcəsinə çatıbsa, şəxsi, ailə məsələsi deyil - ictimai, sosial bəladır və o hamı tərəfindən qınanmalıdır ki, başqaları bunu bir daha etməsin". İ.Ağazadə bildirib ki, şiddət göstərdiyi iddia edilən ictimai-siyasi statuslu şəxsdirsə, cəmiyyətin onu müzakirə etməsi təbiidir və həm də çox vacibdir: "Çünki ictimai-siyasi statusu olan şəxslər cəmiyyət qarşısında sorumludurlar, hərəkətlərinə görə də toplum qarşısında cavab verməlidirlər. Onun hansı mövqedə olması - iqtidar ya müxalifət - əhəmiyyət daşımır.