Hamı bu televiziya kanalından danışır:


Digərləri 20 Sen 2019 12:06:00 269 0

Hamı bu televiziya kanalından danışır:

Sosial şəbəkələrdə son günlərin trendi "AYTV1" internet televiziyasında yayımlanan verilişlərdir. Xüsusən də, onlar arasında "Qızıl səslər" və "Əsrin Ziyalıları" verilişləri çox müzakirə olunur.

Son.az xəbər verir ki, internet televiziya kanalı ilə bağlı lent.az-ın suallarını cavablandıran "Aytv1" kanalının studiya rəhbəri əməkdar jurnalist Rəşad Tərlanoğlu bildirib ki, artıq kanal 2 il yarımdır fəaliyyət göstərir:

"Kanalımızın təsisçisi və baş direktoru şair Məleykə Göyçəli olsa da, idarəçi mənəm. Burada hər şeydən xəbərdaram. Bildirim ki, kanalımız internet televiziyası olsa da, artıq "Smart" televiziyası ilə də yayımlanırıq. Hazırda 30-a yaxın əməkdaşımız var və studiyamız "Azərbaycan" nəşriyyatında yerləşir. Əvvəllər 24 saat yayımımız var idi, indi ancaq layihəçilərim var, onlar gəlirlər və verilişləri canlı gedir".

R.Tərlanoğlu qeyd edib ki, insanların əksəriyyəti kanalın harada yerləşməsini və hansı səviyyədə qonaqların gəlməsini çox yaxşı bilir:

"Son vaxtlar kanalımız çox paylaşılır. Düşünürəm ki, hər öndə gedən kanal haqqında nələrsə danışılmalı, paylaşılmalıdır. Bütün bunlar təbii haldır.

Elə insanlar olur ki, başqa heç bir kanala getmirlər, ancaq bizə gəlirlər. Məsələn, tez-tez xalq artistləri, həmçinin əməkdar artistlər qonağımız olur. Hətta Flora Kərimova, Niyaməddin Musayev də bizə qonaq gəliblər.

(adsgarden = window.adsgarden || []).push({});