Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb


Digərləri 20 Sen 2019 07:07:00 178 0

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb

Rusiya Federasiyası Dağıstan Respublikasının Kayakent rayonunun "Kavkaz" federal avtomobil yolunda mikroavtobusun iştirakı ilə qəza baş verib

Bakı. Rusiya Federasiyası Dağıstan Respublikasının Kayakent rayonunun "Kavkaz" federal avtomobil yolunda mikroavtobusun iştirakı ilə qəza baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, 1993-cü il təvəllüdlü Dağıstanın Axtın rayon sakini və 1994-cü il təvəllüdlü Kayakent rayon sakini həlak olub. Xəsarət alanlar arasında üç Azərbaycan vətəndaşı da var.