Baş ağrısını yox edən, qan dövranını yaxşılaşdıran MÖCÜZƏVİ VASİTƏ MÜTLƏQ OXUYUN!


Digərləri 19 Sen 2019 23:21:00 349 0

Baş ağrısını yox edən, qan dövranını yaxşılaşdıran MÖCÜZƏVİ VASİTƏ  MÜTLƏQ OXUYUN!

Baş ağrısı səbəbi müxtəlif ola bilər: uzun müddət kompüterdə işləmək və ətraf mühitin təsiri, stress, yuxu çatışmazlığı, qida rasionun pozulması və s. Necə olursa-olsun, vəziyyət dözülməzdir, ağrıdan qurtulmaq isə çətindir. Bir çox hallarda həb içmək mənasızdır, heç bir təsiri olmur. Dərmanlara güvənmək əvəzinə bu xəstəliyə qalib gəlmək üçün ən sürətli və ziyansız üsulları sınaqdan keçirin.

Son.az baş ağrısını aradam qaldıran sadə xalq vasitələri ilə tanış edir.

Banan

Banan qabığını atmayın. Bu, insan orqanizmi üçün əsl faydalı maddələr anbarıdır. Banan qabığını 20-30 dəqiqə başın alın hissəsində saxlamaqla ağrıdan xilas ola bilərsiniz.

Alma

Çoxları bilmir ki, alma baş ağrısını azaldan ən yaxşı vasitədir. Əgər yuxudan şiddətli baş ağrısı ilə oyanmısınızsa, duzlu alma dilimi yeyin, üstündən mütləq bir stəkan isti su için. Söz veririk, ağrı tezliklə yox olacaq. Yeri gəlmişkən, alma sirkəsi ilə inhalyasiya baş ağrılarına müsbət təsir edir.

Badam

Bu gözəl çərəz dərman preparatlarının təbii əvəzedicisidir. Bir ovuc badam 10-15 dəqiqə ərzində baş ağrıları azaltmağa qadirdir. Çox faydalıdır!

Zəncəfil

Zəncəfil kökü iltihab önləyici xüsusiyyətlərə malikdir, bu da zəhlətökən baş ağrısı ilə mübarizədə kömək edir. Zəncəfil baş və boyun damarlarını rahatlaşdırmağa kömək edir, şişkinliyi azaldır və təbii sakitləşdirici mexanizmlərini tələsdirir.

Gündə 2-3 dəfə zəncəfilli çayı içmək başağrısını azaltmaq iqtidarındadır. Əsas odur ki, ağrı hiss olunan kimi çay için.

Darçın

Bir qədər darçın tozunu suya əlavə edib məcun hazırlayıb. Əldə edilən qarışığı alın hissəsinə sürtüb yarım saat saxlayın. Darçın tezliklə ağrını çəkəcək. Əgər soyuq havanın təsiri ilə bağlıdırsa, belə bir üsul baş ağrısı üçün çox faydalıdır.

(adsgarden = window.adsgarden || []).push({});