Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir


Digərləri 19 Sen 2019 22:15:00 263 0

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir. Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb.

"Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib" -deyə səfir bildirib.

O əlavə edib ki , azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsinin sözü belə gedə bilməz.

Səfir əlavə edib ki , əksinə Türkiyədəki azərbaycanlıların problemlərinin həll edilməsi iki gün əvvəl vitse prezident Fuat Oktayın Bakıya səfəri zamanı əsas aktual məsələlərdən biri olub.