Varikoz zamanı türkəçarə vasitələr alma sirkəsi, zeytun yağı, sarımsaq…


Digərləri 19 Sen 2019 22:10:00 279 0

Varikoz zamanı türkəçarə vasitələr  alma sirkəsi, zeytun yağı, sarımsaq…

Son statistik məlumatlar göstərir ki, dünya üzrə hər 2-3 qadından birində bu və ya digər formada varikoz xəstəliyi var.

Kosmetik qüsur yaradan və qadınlara geyim seçimində ciddi məhdudiyyətlər qoyan bu xəstəlik inkişaf etdikcə çox ağır fəsadlar verə bilir.

Ən ağır belə fəsadlardan biri ağciyər arteriyasının tromboemboliyasıdır ki, xəstə damarda əmələ gələn tromb qan axını ilə ağciyər arteriyasına düşərək onu bağlayır və bu da bəzi hallarda hətta ölümə səbəb ola bilər.   

Bunları nəzərə alaraq varikozun ilk simptomlarında (ayaqlarda ağırlıq, ağrılar, şişkinlik, damarların qabarması) həkim fleboloqa müraciət etmək və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün lazım olan müalicələr almaq lazımdır.

Ev şəraitində əsas müalicə ilə yanaşı bəzi türkəçarə vasitələrdən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, tək bu vasitələrdən istifadə etməklə xəstəliyin inkişafını ləngitmək və fəsadların qarşısını almaq mümkün deyil.

Beləliklə, varikoz xəstəliyi zamanı hansı təbii vasitələr kömək edə bilər?

1. Alma sirkəsi

Alma sirkəsi yerli qan dövranını yaxşılaşdırır, ağrıları və şişkinliyi azaldır. Sirkədə əski isladıb xəstə damarların üzərinə kompress şəklində qoymaq olar.

2. At şabalıdı

(adsgarden = window.adsgarden || []).push({});