Soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR


Digərləri 19 Sen 2019 21:48:00 222 0

Soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.

Lakin bəzən bu simptomlar adi soyuqdəyməyə deyil, daha ciddi xəstəliklərə işarə edə bilər.

Bu səbəbdən əgər "soyuqdəymə" çox uzun çəkir, qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin.

Qan xərçənginin başlanğıc mərhələlərində hərarətin yüksəlməsi, çox güclü zəiflik, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxır. Bu simptomlarla yanaşı xəstə səbəbsiz arıqlamağa başlayır, dərinin üzərində, xüsusilə sinə, qol və ayaqlarda qırmızı və bənövşəyi ləkələr əmələ gəlir, təngənəfəslik inkişaf edir.

Son.az yenicag.az-a istinadən bildirir ki, digər soyuqdəyməyə bənzəyən təhlükəli xəstəlik mononukleozdur. Bu xəstəlik zamanı da hərarət qalxır, zəiflik, boğaz ağrısı olur. Mononukleoz çox ciddi fəsadlar verə bilir. Bu fəsadlar arasında immunodefisit, qaraciyər zədələnməsidir. Mononukleozun digər simptomları: boyun limfa düyünlərinin böyüməsi, sinə və üzdə səpkilər.

(adsgarden = window.adsgarden || []).push({});