Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi - Bakıda olay!


Digərləri 19 Sen 2019 20:36:32 205 0

Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi - Bakıda olay!

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə T.Qurbanov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, 2019-cu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.