Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb? FOTO


Digərləri 19 Sen 2019 19:20:00 53 0

Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?  FOTO

Elm adamları 66 milyon il əvvəl yaşanan və dinozavrların, eləcə də canlıların 75 faizinin məhvinə səbəb olan nəhəng bir meteoritin planetimizlə toqquşmasının izlərini daşıyan qaya nümunələri ilə Yer kürəsinin ən "qaranlıq günlərindən" birini aydınlığa çıxarıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Texas Universitetinin rəhbərliyi ilə tədqiqat aparan qrup Meksika körfəzinin dərinliklərindəki qayalardan qazma yolu ilə çıxarılan 130 metrlik bir hissənin tərkibindəki qalıqları araşdırıb.

Dinozavrların bu meteorit zərbəsi nəticəsində məhv olduğu və məməlilərin inkişafa başladığı məlumdur. Meteorit toqquşmasının təsirinin İkinci Dünya müharibəsində atılan atom bombasının effektindən 10 milyard qat çox olduğu təxmin edilir. Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və ölçüsü 200 kilometr olan bir krater meydana gətirib. Toqquşmanın nəhəng bir sunami və hətta 1500 kilometr məsafədə yanğınlara səbəb olduğu bilinir. Geoloqlar meteoritin düşməsindən sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf ediblər.

On iki kilometr diametrə malik meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində ölçüsü 100 və dərinliyi 30 kilometr olan bir çuxur meydana gətirib. Sonradan bu çuxurun yan tərəflərinin çökməsi ilə kraterin ölçüsü 200 kilometrə qədər artıb və dərinliyi bir neçə kilometr azalıb. Hazırda kraterin böyük bir qismi dənizin 600 metr dərinliyində qalıqların altındadır. Quruda qalan qismi isə əhəngdaşı ilə örtülmüş bir haldadır. Lakin kənarlarında yaranan karstların meydana gətirdiyi qövslər krateri bəlli edir. 2016-cı ildə ingilis və amerikalı tədqiqatçıların rəhbərlik etdiyi bir qrup həftələrlə həmin kraterdə qazma işləri aparıb.

Komanda bu günə qədər kraterin Çiksulub limanındakı ən yaxşı vəziyyətdə qalan ərazilərindən birində apardığı qazma işləri zamanı 66 milyon illik izləri daşıyan uzun bir qaya nümunəsi çıxarıb. Onun 130 metrlik hissəsi geoloqların Kaynazoy erası (Məməlilər dövrü) adlandırdıqları dövrün ilk gününə aid olan qalıqları özündə saxlayır.

Elm adamları aşkarlanın hissənin tərkibinə nəzərən meteorit düşməsindən sonra baş verənlər haqqında daha ətraflı məlumat əldə edəcəklərini deyiblər. 130 metrlik hissənin altdakı 20 metri tərkibində şüşəyəbənzər tullantılar saxlayır. Bu hissə zərbədən sonrakı saniyə və dəqiqə ərzində kraterin dibinə yayılmış və toqquşma nəticəsində yaranan istilik və təzyiqlə əriyən qayadan ibarətdir. Hissənin ən üst təbəqəsində isə toqquşmadan sonra yaranan sunaminin izləri var. Alimlər toqquşmanın nəhəng dalğalar əmələ gətirdiyini və onların kraterdən yüzlərlə kilometr uzaqlara qədər çatdığına inanır. Ancaq gedən dalğalar geri qayıdanda həmin bölgələrdən tullantılar da gətirib. 130 metrlik hissənin ən üst qatını da məhz onlar təşkil edir. Texas Universitetinin professoru Sean Qulik bütün bunların toqquşmanın ilk günündə baş verdiyini deyir. Bununla yanaşı, üst qatdakı qalıqlar torpaq izləri və toqquşmadan sonra baş verən yanğınların qalığı olaraq kömür də ehtiva edir.

(adsgarden = window.adsgarden || []).push({});
FHN 168 yaşayış binasının istifadəsinə rəy verib like
  • 19 Sen 19:15  
Digərləri FHN 168 yaşayış binasının istifadəsinə rəy verib

Dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib

arrow Ətraflı
“Profilim oğurlanmayıb” like
  • 19 Sen 19:07  
Digərləri “Profilim oğurlanmayıb”

Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı S

arrow Ətraflı
Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu like
  • 19 Sen 19:05  
Digərləri Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu

Bədii gimnastika üzrə 37-cü dünya çempionatında Rusiya komanda hesabında

arrow Ətraflı
Kıvanç Tatlıtuğun başı dərddə: like
  • 19 Sen 19:04  
Digərləri Kıvanç Tatlıtuğun başı dərddə:

Kıvanç Tatlıtuğ vergidən yayındığı üçün yenidən hakim qarşısına

arrow Ətraflı
ARBnin işdən çıxarılan aparıcısı yarıçılpaq, like
  • 19 Sen 19:00  
Şou-biznes ARBnin işdən çıxarılan aparıcısı yarıçılpaq,

Foto izləyicilərinin marağına səbəb olub

arrow Ətraflı
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) like
  • 19 Sen 18:57  
Digərləri BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) Avrasiya Universitetləri Həmkarlar Təş

arrow Ətraflı
Nanə və Üzeyirin bu FOTOsu çox bəyənildi like
  • 19 Sen 18:50  
Şou-biznes Nanə və Üzeyirin bu FOTOsu çox bəyənildi

Maraqlı həmsöhbət, uzaq məsafələri bir ana çevirir.

arrow Ətraflı
Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır (FOTO) like
  • 19 Sen 18:49  
Digərləri Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır (FOTO)

Müxtəlif ölkələrdən olan çoxsaylı azarkeşlər bədii gimnastika üzrə

arrow Ətraflı
Binəqədidə qəza: sakinlər qazsız qaldılar  VİDEO like
  • 19 Sen 18:44  
Digərləri Binəqədidə qəza: sakinlər qazsız qaldılar VİDEO

Axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində qaz xəttini avtom

arrow Ətraflı
GÜCLÜ ZƏLZƏLƏ: like
  • 19 Sen 18:40  
Dünya GÜCLÜ ZƏLZƏLƏ:

İndoneziyanın Yava adasında 6 və 6,2 bal gücündə zəlzələ meydana gəli

arrow Ətraflı
Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub like
  • 19 Sen 18:37  
Digərləri Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının f

arrow Ətraflı