Alimlər: "Buz dövrü iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb"


Digərləri 19 Sen 2019 19:15:00 249 0

Alimlər: "Buz dövrü iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb"

Aparılan tədqiqatlar nəticəsində geoloqlar müəyyən ediblər ki, Buz dövrü təxminən 466 milyon il bundan əvvəl Mars və Yupiterin orbitləri arasında iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb. Belə ki, onların parçalarının bütün Günəş sisteminə yayılması Yer kürəsinin tarixində ən güclü buzlaşmaya səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, ABŞ-ın Çikaqo Universitetinin professoru Filip Hek bununla bağlı deyib: "Biz hesab edirik ki, ən azı iki milyon il ərzində Yer kürəsinə böyük miqdarda kosmik toz düşüb. Onlar iqlimin soyumasına səbəb olub və Buz dövrünün başlanmasına gətirib çıxarıb".

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin tarixində canlıların nəslinin kəsilməsi üzrə altı ən böyük hadisə baş verib. Onlardan sonuncusu 65,5 milyon il əvvəl - dinozavrlarının, habelə bütün iri quru və dəniz canlılarının məhv olması zamanı olub. Bu qəbildən ikinci ən böyük hadisə - Ordovik adlanan nəsil kəsilməsi prosesi 443 milyon ilə əvvələ aiddir. Həmin vaxt quruda yaşayan canlıların 85 faizinin, suda yaşayan onurğasızların isə 60 faizinin nəsli kəsilib.

Geoloqlar hələ uzun müddət öncə müəyyən ediblər ki, bu proseslər Yerin atmosferində karbon qazının konsentrasiyasının kəskin şəkildə azalması ilə əlaqədar olub. Məhz bundan sonra buzlaşma dövrü başlayıb. Nəticədə planetin okeanları ekvatora qədər olan ərazidə donub, onun qütbləri isə həmin dövrə aid süxurlarda indiyədək qalan qalın buz təbəqələri ilə örtülüb.

Professor Hek və həmkarları gözlənilmədən bu kataklizmin daha bir səbəbini aşkar ediblər. Qazıntılar göstərib ki, buzlaşmanın əsas səbəbi Mars və Yupiter arasındakı atmosferdə toqquşan nəhəng asteroidlər olub. Əvvəlcə alimləri buzlaşmanın özü deyil, Böyük Ordovik radiasiyası adlanan şüalanma maraqlandırıb. Geoloqlar və paleontoloqların tədqiqat mövzusu 20-30 milyon il əvvəl həmin buzlaşma nəticəsində okeanlarda dəniz onurğasızlarının kəskin artması olub. Həmin dövrdə İsveçin cənubunda formalaşmış süxuru tədqiq edən alimlər qeyri-adi halla rastlaşıblar. Həmin süxurların tərkibində rekord miqdarda kosmos mənşəli toz aşkar olunub. Onların həcmi digər geoloji dövrlər üçün əhəmiyyətli olan konsentrasiyalardan on dəfələrlə çox olub. Bundan başqa, bütün bu hissəciklərin kimyəvi tərkibi L-xondritlər adlanan maddələrin tərkibi ilə eyni olub. Bu maddələr isə 500 milyon il əvvəl iri və kiçik hissələrə parçalanan, diametri 100 kilometrdən artıq olan daş meteoritlərdə rast gəlinir. Alimlər hesab edirlər ki, bu bənzərlik heç də təsadüfi deyil. Tamamilə mümkündür ki, iki nəhəng göy cisminin toqquşmasından sonra Yerin üzərində tərkibində L-xondritlər olan böyük toz buludu yaranıb. Onun hissəcikləri iki milyon il ərzində davamlı olaraq Yerin səthinə düşüb və Günəş şüalarının qarşısını kəsərək planetimizin soyumasına səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});