Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır (FOTO)


Digərləri 19 Sen 2019 18:49:49 205 0

Bakıda bədii gimnastika üzrə dünya çempionatı azarkeşlər üçün bayramdır (FOTO)

Müxtəlif ölkələrdən olan çoxsaylı azarkeşlər bədii gimnastika üzrə 37-ci dünya çempionatını maraqla izləyir

Bakı. Cani Babayeva - Müxtəlif ölkələrdən olan çoxsaylı azarkeşlər bədii gimnastika üzrə 37-ci dünya çempionatını maraqla izləyir. Trend-in məlumatına görə, tribunalarda dostluq mühiti hökm sürür, tamaşaçılar gimnastların yüksək xallarını alqışlarla qarşılayır. Gimnastları sevindirmək üçün azarkeşlər dəstək sözləri yazılan şüarlar, eləcə də hədiyyələr hazırlayıb. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.