Tacikistan nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyində olub


Digərləri 19 Sen 2019 18:25:00 207 0

Tacikistan nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyində olub

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə Tacikistanın ölkəmizdə səfərdə olan aqrobiznes strukturlarının nümayəndələrindən ibarət heyət arasında görüş keçirilib

Bakı. Samir Əli - Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə Tacikistanın ölkəmizdə səfərdə olan aqrobiznes strukturlarının nümayəndələrindən ibarət heyət arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın Xudjand şəhərinin rəhbəri Maqruf Muhammadzoda və nümayəndə heyətinin üzvləri iştirak edib. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bildirilib ki, kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin aqrar sahədə fəaliyyət göstərən sahibkarları və kənd təsərrüfatı məhsulları istehsalçıları arasında sıx münasibətlərin qurulması prioritet məqsədlərdəndir.