Azərbaycanda ilk dəfə toxum sərgisatış yarmarkaları keçiriləcək


Digərləri 19 Sen 2019 15:09:00 213 0

Azərbaycanda ilk dəfə toxum sərgisatış yarmarkaları keçiriləcək

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov "Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə" həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin may ayından nazirliyin müvafiq əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq təsərrüfatlarında (buğda və arpa) yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilmişdir. Hal-hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzlərində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir:

"Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın www.axa.gov.az saytından toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər".

Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir.