Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM


Digərləri 19 Sen 2019 14:22:00 212 0

Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM

Səhiyyə Nazirliyi qarayara xəstəliyi ilə xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti barədə açıqlama verib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi qarayara xəstəliyi ilə xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti barədə açıqlama verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Onların 20-21 sentyabr tarixlərində evə buraxılacaqları gözlənilir. Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.