İranda zəlzələlər davam edir - Yenə oldu


Digərləri 19 Sen 2019 12:54:23 180 0

İranda zəlzələlər davam edir - Yenə oldu

İranın cənub-şərqində Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb. Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.