Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov


Digərləri 19 Sen 2019 11:16:00 208 0

Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir

Bakı. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir. Trend-in məlumatına görə, bu sözləri Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov sentyabrın 19-da işə başlayan IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib. X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu Xəzəryanı ölkələr arasında siyasi dioloqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin