Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək (FOTO)


Digərləri 19 Sen 2019 11:00:00 235 0

Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək (FOTO)

Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək

Bakı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə Respublikanın regionlarında qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirməklə ixrac potensialını artıtır, həmçinin idarəetmə və yeni innovasiyanın tətbiqi ilə dünyanın aparıcı ölkələrinin müəssisələri ilə rəqabət aparır. 01 oktyabr-02 oktyabr 2019-cu il tarixləri arasında Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq sement konfransı çərçivəsində 2019-cu il ərzində Sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mükafatlandırılması (Cement İndustry Awards 2019) keçiriləcək. Konfransda dünyanın 30 dan çox ölkəsindən dəvət olunan sement sənayesi şirkətləri iştirak edəcək və burada sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin 2019-ci il üzrə nailiyyətlərinin mükafatlandırılması keçiriləcək. Mükafatlandırma istehsalın optimallaşdırılması, modernləşdirmə, təhlükəsizlik, ətraf mühitin qorunması və müəssisələrin digər əsas göstəriciləri nəzərə alınmaqla həyata keçirilir. 3 fərqli nominasiyada üzrə keçiriləcək mükafatlandırmada Almaniya, Avstriya, Türkiyə, Argentina, ABŞ və Afrika ölkələrinin aparıcı sement sənayesi şirkətləri ilə yanaşı Qazax Sement Zavodu MMC (Akkord Sement) də iştirak edəcək. Qeyd etmək istərdik ki, Qazax Sement Zavodu MMC (Akkord Sement) bu mükafatlandırma üçün ilkin mərkələni keçərək “ilin sement zavodu” nominasiyası üzrə nominant olaraq seçilmişdir və ölkəmizi CTP (Avstriya) GmbH və Opterra Zement GmbH (Almaniya) W & P Zement, Avstriya, Çimsa Türkiyə, Loma Negra, Argentina (Recycomb) və (Lomax), thyssenkrupp, INSEE Ecocyle və Sement materialları istehsalçıları (Cənubi Afrika) kimi aparıcı şirkətlər arasında təmsil edəcək. Mükafatlandırma aşağıdakı 3 nominasiya üzrə keçiriləcək: 1. İlin sement zavodu