Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı


Digərləri 19 Sen 2019 08:21:00 171 0

Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib

Bakı. Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib. Trend-in "TOLOnews" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.