Onikibarmaq bağırsaq xorasında nələr yemək olar –


Digərləri 18 Sen 2019 21:05:00 309 0

Onikibarmaq bağırsaq xorasında nələr yemək olar –

Bağırsaq xorası çox hiyləgər xəstəlikdir. Onu təkcə dərmanlarla tam müalicə etmək çətindir. Çünki zərərli qidalar ora düşdükcə, yaranı daha da aşılayacaq.Ona görə 12 barmaq bağırsaq xorasında mütləq nömrəli müalicə pəhrizlərindən istifadə etməlisiz ki, xəstəlik dərinləşməsin, müalicə effekt versin.  

Son.az medicina.az-a istinadən bu xəstəliyi olanlar üçün bəzi pəhriz nümunələrini təqdim edir.

-Hər 4 saatdan bir az-az porsiyalarda nəsə atışdırın. Gündə 6-7 dəfə qida qəbulu -Qidanı bərk yox, əzilmiş və ya sürtgəcdən keçirilmiş yeyin. Meyvə, tərəvəzlərin bərk qabığını soyun -Tikələr iri olmasın, gec həzm olacaq

-Bütün meyvə-tərəvəz şirələrini su ilə qatın -Şəkəri bal ilə əvəz edin, bal xoranı sağaldır -Yeməyiniz qaynar və çox soyuq olmamalıdır -Xörəyi az duzlayın

-Şoraba, turşu olmaz -Qızarmış yox, suda və buxarda bişmiş qidalar yeyin -Qidanız kərə və ya bitki yağı ilə bol olsun

Menyuda icazə verilən qidalar:

-süd, kefir, qaymaq, xama, kəsmik, quru çörək, suxarı, kartof, kök, balqabaq, kabak, pomidor, meyvə kiselləri, kampotlar, itburnu dəmləməsi, yağsız ət, toyuq, hind quşu, yağsız balıq, düyü, qarabaşaq sıyığı

-Olmaz: şirniyyat, kofe, qazlı sular, paxlalılar, kolbasa, turşu, sərt qabıqlı meyvələr, ağ çörək, un məmulatları, konservlər, yağlı balıqlar və s.  

Pəhriz stolu N1  - 15 gün saxlanılır

Səhər yeməyi: yulaf sıyığı, 50 ml yoqurt, bir stəkan itburnu çayı və ya açıq çay

(adsgarden = window.adsgarden || []).push({});