Özbəkistan gimnastı: Biz azərbaycanlı gimnastların uğurlarını izləyirik


Digərləri 18 Sen 2019 19:57:03 205 0

Özbəkistan gimnastı: Biz azərbaycanlı gimnastların uğurlarını izləyirik

Dünya çempionatı yarışlarında iştirak etmək böyük məsuliyyətdir

Bakı. Cani Babayeva - Dünya çempionatı yarışlarında iştirak etmək böyük məsuliyyətdir. Bunu Trend-ə Özbəkistan gimnastı Nuriniso Usmanova deyib. O, çıxışının həyəcanlı keçdiyini deyib: “Mən iki növdə çıxış edirəm, amma istənilən halda bu, böyük məsuliyyətdir. Hər çıxışda özünü tamaşaçılara daha yaxşı göstərmək istəyirsən, ona görə bəzən həyəcan olur”. Gimnast əlavə edib ki, bədii gimnastika üzrə Azərbaycan milli komandasının uğurlarını izləyir: “Azərbaycanın yaxşı qrup komandası var, fərdi proqramda isə Zöhrə Ağamirova güclüdür”.