Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur (FOTO)


Digərləri 18 Sen 2019 19:13:00 207 0

Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi öz məhsullarını təqdim edir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu gün Birləşmiş Ərəb Əmirliklərində işə başlayan “SMART SME MENA 2019” sərgisində öz məhsullarını təqdim edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə kiçik və orta müəssisələr sektorunda texnologiya, təhsil, daşınmaz əmlak, səhiyyə, maliyyə, sığorta və digər sahələr üzrə fəaliyyət göstərən peşəkarlar bir araya toplanıb. Məlumat Hesablama Mərkəzi sərgidə Mobil Cihazların Qeydiyyat Sistemi, Nömrə satışı sistemi, Nömrə daşıma və Çağrı mərkəzi xidməti ilə iştirak edir. Sözügedən sərgidə əsas məqsəd texnoloji bilik və resursları bölüşməklə əldə edilən qlobal rəqabət qabiliyyəti sayəsində yenilikləri təşviq etmək və məhsuldarlığı artırmaqdır.