Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü


Digərləri 18 Sen 2019 19:19:58 196 0

Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 4 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Gəncə şəhər sakini R.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.