AÇG üzrə sazişin imzalanmasının 25-ci ildönümü - Xəzərin texnoloji mərkəzi


Digərləri 18 Sen 2019 18:53:00 55 0

AÇG üzrə sazişin imzalanmasının 25-ci ildönümü - Xəzərin texnoloji mərkəzi

AÇG üzrə sazişin operatoru olan BP özünü texnologiyalara əsaslanan şirkət hesab edir.

Bakı. AÇG üzrə sazişin operatoru olan BP özünü texnologiyalara əsaslanan şirkət hesab edir. AÇG yatağının işlənməsi ilə əlaqədar fəaliyyətlər bu təcrübəyə əsaslanır və ənənə üzərində qurulan investisiya xarakteri daşısa da, texnologiya sahəsində də öz zamanını qabaqlayaraq sənayenin ən müasir innovasiyalarını Xəzər regionuna gətirmişdir. BP-nin özünün bir çox yeni texnologiyaları Azərbaycanda AÇG yatağının işlənməsi ilə əlaqədar əməliyyatlar və layihələrdə uğurla tətbiq edilmişdir. Onlardan bəziləri isə ilk dəfə Xəzərdə tətbiq edilmişdir. Uzaq məsafəyə maili qazma (UMMQ) texnologiyası platformadan olduqca uzaq məsafədə yerləşən hədəf quyulara çatmağa və bununla da hasilatı artırmağa imkan verir. Bizim bu vaxtadək uzaq məsafəyə qazdığımız ən uzun maili quyu Çıraq platformasından 6,4 km məsafədə yerləşir. Biz inanırıq ki, bu texnologiya qarşıdan gələn onilliklər ərzində bizə AÇG yatağında layın neftverimini maksimuma çatdırmağa imkan verəcək. Yüksək bucaqlı (qismən maili) qazma texnologiyası lay dəstəsinin qalınlığı böyük olan quyuların tamamlanmasına və beləliklə də hasilat templərinin (debitin) artırılmasına imkan yaradır. “BP Well Advisor” proqram təminatı real-vaxt rejimindəki məlumatlardan istifadə edərək quyu əməliyyatlarının təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Onun inteqrasiya olunmuş tətbiqləri bizə imkan verir ki, quyunun konstruksiyasındakı potensial problemləri bildirən erkən xəbərdarlıq indikatorlarını ətraflı şəkildə izləyək və real-vaxt rejimində toplanan quyunun müşahidə göstəricilərini əməliyyat qərarlarının verilməsində istifadə edək, qazma səmərəliliyini artıraq və qeyri-məhsuldar vaxtı azaldaq. “BP Well Advisor” proqramı Xəzər regionunda 2012-ci ildə tətbiq edilib və həmin vaxtdan hər üç Azəri platformasında və Dərinsulu Günəşli platformasında qoruyucu kəmərin endirilməsini izləyən tətbiqi tam işlək vəziyyətdədir. BP 4-ölçülü seysmik tədqiqat sahəsində aparıcı mövqedədir və bu texnologiya artıq Xəzər dənizində tətbiq edilib. AÇG yatağında 132 km uzunluğunda dənizdibi seysmik tədqiqat kabelləri quraşdırılmışdır. BP şirkəti Azərbaycanı quyuların tamamlanması sahəsində texnoloji təcrübənin əsas mərkəzi hesab edir. Fiber-optik kabellərlə təchiz edilmiş açıq lülədə çınqıl kipkəcli süzgəclər və iri diametrli borular kimi tamamalama texnologiyaları quyudan çıxan qum miqdarına nəzarət etməklə yanaşı hasilatın daha yüksək templərlə həyata keçirilməsinə imkan verir. Digər BP regionlarında tətbiq edilməsindən əvvəl istismar müddətinin ilk günlərində AÇG-də qumlu laylar üçün nəzərdə tutulmuş müxtəlif növ tamamlama texnologiyaları (Qoruyucu Kəmər Yerləşdirilmiş və Perforasiya Edilmiş, Avtonom Süzgəclər, Genişlənən Qum Süzgəcləri, İlkin Kipkəcli Süzgəclər və Açıq Lülənin Çınqıl Kipkəcli Süzgəci kimi) quraşdırılmış və sınaq edilmişdir. Hazırda AÇG-də istismarda olan quyuların standart tamamlanma konstruksiyasında açıq lülənin çınqıl kipkəci (ALÇK) tətbiq olunur. Bu, 2000-ci illərin əvvəllərində əsl irəliləyiş idi və biz bu texnologiyanı indi də effektiv hesab edirik. Quyuların əksəriyyəti təbii propant materialı vasitəsilə kipkəclənir, lakin son vaxtlar qeyri-radioaktiv izlənə bilən propant (doldurucu) materialından istifadə edilir. Həmin dövrdən etibarən ALÇK tamamlama texnologiyası çox təkmilləşib. AGT regionunda həmçinin lülənin yuxarı intervalının təkrar tamamlama işləri zamanı qoruyucu kəmər olan lülədə çınqıl kipkəcli tamamlama üsulunun mümkün tətbiqi nəzərdən keçirilib. Qoruyucu kəmərli lülədə çınqıl kipkəcli tamamlama vasitəsi 2017-ci ildə Şərqi Azəri yatağının D06 saylı istismar quyusunda müvəffəqiyyətlə quraşdırılıb. Tamamlanma mərhələsində tətbiq olunmuş bir sıra yeni texnologiyalar AÇG yatağının işlənmə metodunu dəyişdirmiş və nəticədə quyular təkmilləşdirilmiş, lay-kollektorun istismar göstəriciləri yaxşılaşmış və geoloji-texniki tədbirlər ilə əlaqədar xərclər azalmışdır. Paylanan temperatur sensorları (DTS). İlk fiber-optik kabel 2004-cü ildə AÇG hasilat quyusunda quraşdırılmışdır. Quyuağzı avadanlığa məhdud giriş-çıxış imkanı, müxtəlif lay-kollektor intervallarının ayrı-ayrı sahələrinin yüksək templə tükənməsi, ənənəvi istismar karotajı imkanlarının məhdud olması və s. amillər quyuların dinamikasını və lay-kollektorun istismar göstəricilərini nəzarətdə saxlamaq üçün quyularda daimi DTS fiber-optik kabellərinin quraşdırılması barədə qərarın qəbul olunması üçün əsas olmuşdur. Paylanan akustik siqnal sensorları (DAS). Ötən beş il ərzində bu texnologiya qum təzahürünün monitorinqi üçün geniş istifadə olunmuşdur. Nəticədə, qum təzahürü olmadan hasilat tempini maksimuma çatdırmaq üçün təzyiq düşməsi optimallaşdırılmış və müəyyən edilmiş qum təzahürü zonalarını təcrid etmək üçün geoloji-texniki tədbirlər həyata keçirilmişdir. Quyudaxili seysmik tədqiqat. Səthdən alınan seysmik məlumatların keyfiyyəti enerji itkisinə məruz qalır və buna səbəb mənbədən məhsuldar laya və sonra isə səthə doğru geri məsafə qət edən enerji impulslarında baş verən itkidir. Bir-istiqamətli enerji impulsunu qeydə almaq üçün quyu lüləsi daxilində qeydiyyat cihazının yerləşdirilməsi bu təsiri azaldır. Quyu daxilinə daimi fiber-optik kabel yerləşdirilərsə, bu fəaliyyət dəfələrlə təkrarlana bilir və beləliklə, quyu lüləsi ətrafında yüksək rezolyusiyalı 4-ölçülü təsvir təmin edilir. Bu da səthdəki seysmik cihazlara nisbətən daha dəqiq miqyasda maye hərəkətinə nəzarət etməyə və yaxud kollektordakı kiçik kipləşmə təsirlərini aşkar etməyə imkan verir. Bəzi AÇG quyularında quraşdırılmış fiber-optik kabel gələcəkdə 4 ölçülü seysmik məlumatların təkrar əldə olunması üçün istifadə olunacaq. Quyudibi axına nəzarət klapanı (QDAN).
Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü like
  • 18 Sen 18:44  
Digərləri Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 18 Sen 18:39  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Sentyabrın 19-a manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Millimizin oyununun başlama saatı açıqlandı like
  • 18 Sen 18:34  
İdman Millimizin oyununun başlama saatı açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çe

arrow Ətraflı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı davam edir (FOTO) like
  • 18 Sen 18:33  
Digərləri Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı davam edir (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatın

arrow Ətraflı
İrandan XƏBƏRDARLIQ: like
  • 18 Sen 18:29  
Dünya İrandan XƏBƏRDARLIQ:

ABŞ İrana qarşı hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək.

arrow Ətraflı
Çağatay Ulusoyun adını eşidib, ziyafəti tərk etdi like
  • 18 Sen 18:24  
Digərləri Çağatay Ulusoyun adını eşidib, ziyafəti tərk etdi

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ, siması olduğu tekstil firmasının tə

arrow Ətraflı
Bakının mərkəzində vətəndaşı öldürmək istəyən şəxsi polis zərərsizləşdirdi like
  • 18 Sen 18:22  
Digərləri Bakının mərkəzində vətəndaşı öldürmək istəyən şəxsi polis zərərsizləşdirdi

İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş

arrow Ətraflı
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb like
  • 18 Sen 18:20  
Siyasət Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtü

arrow Ətraflı
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb like
  • 18 Sen 18:16  
Digərləri Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtü

arrow Ətraflı
Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: like
  • 18 Sen 18:14  
Digərləri Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA:

İslamda hicab qadınların ən əsas geyim tərzlərindən biri hesab olunur. A

arrow Ətraflı
Yana Batırşina Milli Gimnastika Arenasında ustad dərsi keçdi (FOTO) like
  • 18 Sen 18:12  
Digərləri Yana Batırşina Milli Gimnastika Arenasında ustad dərsi keçdi (FOTO)

Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda keçirilən dü

arrow Ətraflı
"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb like
  • 18 Sen 18:12  
Digərləri "Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb

Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçi

arrow Ətraflı