AQTA Bakıda məşhur dönərxanada araşdırmalara başlayıb


Digərləri 18 Sen 2019 17:30:00 217 0

AQTA Bakıda məşhur dönərxanada araşdırmalara başlayıb

Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bakı. Ceyhun Ələkbərov - Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb. Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər. Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".