Ağstafada göl ətrafında raket, mərmi tapılıb (FOTO)


Digərləri 18 Sen 2019 17:37:44 231 0

Ağstafada göl ətrafında raket, mərmi tapılıb (FOTO)

Ağstafanın Ağgöl kəndi ərazisində silah-sursat tapılıb.

Bakı. Ağstafanın Ağgöl kəndi ərazisində silah-sursat tapılıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 2019-cu il 18 Sentyabr tarixində saat 12:03-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.